Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünə çıxacaq.
Fanat.Az xəbər verir ki, Arif Əsədovun başçılıq etdiyi yığmamız Qazaxıstanı sınağa çəkəcək.
Oyun saat 18.00-da start götürəcək.
Qeyd edək ki, iyunun 7-də Macarıstanda Albaniya ilə qarşılaşan Azərbaycan millisi görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb.
Beynəlxalq yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan - Qazaxıstan
Macarıstan, "Haladas SportKomplexum"