RU

Yəməndə qayıq batıb, 38 nəfər ölüb



Yəmən sahillərində qayıq çevrilib: 38 nəfər ölüb
Səlahiyyətlilər Yəmən sahillərində qayığın çevrilməsi nəticəsində Afrika Buynuzu ölkələrindən ən azı 38 nəfərin öldüyünü açıqlayıb.
Yəmən sahillərində qayıq çevrilib: 38 nəfər ölüb

Sağ qalanlar axtarış-xilasetmə qruplarına təxminən 250 nəfərin olduğu qayığın güclü külək nəticəsində batıdığını bildirib.

İtkin düşmüş 100-ə yaxın adamın axtarışları davam edir.

Ədənin şərqindəki Rudumun yerli rəsmiləri bildiriblər ki, gəmidə olanlar əsasən Efiopiyadan olan və Körfəz ölkələrinə getmək üçün Yəməndən tranzit məntəqəsi kimi istifadə edən miqrantlardır.

Rudumun regional direktoru Hadi Əl-Xurma Reuters xəbər agentliyinə bildirib ki, qayıq sahilə çatmamış batıb.

Xurma, "Balıqçılar və yerli sakinlər 78 miqrantı xilas edə bilsələr də, onlarla eyni qayıqda olan təxminən 100 nəfərin itkin düşdüyü bildirildi. Axtarış işləri hələ də davam edir və hadisə ilə bağlı Birləşmiş Millətlər Təşkilatına məlumat verilib".

BMT-nin məlumatına görə, keçən il Afrika Buynuzu bölgəsindən Yəmənə 97 min miqrant gəlib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
2
newscenter.az

3Источники