RU

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini artıra bilər

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 1 faiz bəndindən də çox artıra bilər.   

Marja.az xəbər verir ki, bu barədə tənzimləyicinin pul siyasəti departamentinin direktoru Kirill Tremasov Krasnodarda Rusiya Bankının pul siyasəti ilə bağlı kommunikasiya sessiyası çərçivəsində bildirib.

"Vəziyyət bunu tələb edərsə, artım 1 faiz bəndindən çox ola bilər", - Tremasov bildirib.

O qeyd edib ki, yazın əvvəlində istehlak qiymətlərində artım tempi 4,5%-ə qədər azalsa da, aprel və may aylarında yenidən sürətlənməyə başlayıb. Ona görə də faizin dəyişdirilməsi məsələsi müzakirə edilərkən inflyasiyanın sürətlənməsi prosesinin davamlılığının təhlili aparılır. May və iyun ayları üçün məlumatlar iyul iclasında nəzərdən keçiriləcək.

“İnflyasiyanın sürətlənməyə başladığına əmin olsaq, o zaman iyulda əsas faiz dərəcəsini artıra bilərik”, - Tremasov əlavə edib.

Onun sözlərinə görə, ölkədə inflyasiyanın artımı 2023-cü ilin ortalarından başlayıb, bunun ardınca 2023-cü ilin sonunda 16%-ə çatdırılan faiz dərəcəsinin artırılması prosesi başlayıb ki, bu da tələbi bir qədər soyutmağa və qiymət artımı sürətini yavaşlatmağa imkan verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
151
marja.az

1Источники