RU

Ayı nənənin evinə girdi: aqibəti belə oldu

ABŞ-da qara ayı baribal Kaliforniya ştatının yaşlı sakininin evinə girərək onu yeyib.

Publika.az xəbər verir ki, bu barədə "Los Angeles Times" yazır.

71 yaşlı Patris Millerin qalıqları Dovnieville şəhərində aşkar edilib. Araşdırma zamanı məlum olub ki, ayı onu bir neçə gün ərzində yeyib. Əvvəlcə deyilirdi ki, ayı evə girəndə həmin qadın ölü vəziyyətdə olub. Lakin sonra aparılan məhkəmə-tibbi ekspertizaları heyvanın Millerə hücum etdiyini və onun boynunu qırdığını göstərib.

Bu, Kaliforniya ştatında ayı ilə şəxs arasında ölümcül toqquşmalı ilk hadisəsidir. “Qara ayılar dərhal təhlükə yaratmır. Ancaq evlərimizi asan qida mənbəyi kimi görməyə başlasalar, insanlardan qorxmamağa başlayır və daha cəsarətli olurlar", - Balıq və Təbii Sərvətlər Departamentindən Peter Tayra deyib.

Sonradan məlum olub ki, Miller tez-tez evin eyvanında pişikləri bəsləyib, evin ərazisinə zibil atırmış. Və ayılar tez-tez yemək qoxusuna gələrək orada gəzirmişlər. Təqaüdçünün qızı deyib ki, bir gün baribal o qədər yaxınlaşmışdı ki, anam onu qorxutmaq üçün hətta burnuna vurmalı oldu.

Bildirilir ki, təqaüdçüyə hücum edən ayı artıq tapılıb.

Qeyd edək ki, Kaliforniyada təxminən 35 min baribal yaşayır, lakin onların insanlarla qarşılaşmaları olduqca nadir hallarda olur. Çox vaxt onlar əyalətin dağlıq və meşə ərazilərində, yaşayış məntəqələrindən uzaqda yaşayırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
publika.az

1Источники