RU

Putin braziliyalı həmkarı ilə qarşıdan gələn sülh konfransını MÜZAKİRƏ EDİB

Rusiya Prezidenti Vladimir Putin və braziliyalı həmkarı Lula da Silva arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı əsas müzakirə mövzusu Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək qarşıdan gələn sülh konfransı olub.

Putin qarşı tərəfə sülh konfransının keçirilməsi ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarını açıqlayıb. Braziliya prezidenti isə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək arzusunda olduğunu qeyd edib.

Bizim.Media

Избранный
128
50
bizim.media

10Источники