RU

Qəbiristanlıqlar ölkəni enerji ilə təmin edəcək - Yeni layihə reallaşır

Valensiya şəhərində qəbiristanlıqları yaşıl enerji mərkəzlərinə çevirmək üçün minlərlə günəş paneli quraşdırılır.

Publika.az xəbər verir ki, “Requiem in Power” (RIP) layihəsi İspaniyanın təxminən 2,8 MVt elektrik enerjisi istehsal etmək gücünə malik ən böyük günəş ferması olacaq.

Avropa Birliyinin hesabatına görə, Valensiyadakı qəbiristanlıqlardakı kriptlərdə və digər strukturlarda təxminən 7 min fotovoltaik panel quraşdırılıb.

"Bu ictimai yerlər təmiz enerji istehsalı üçün geniş ərazi təklif edir. İstehsal olunan enerji həm ictimai xidmətlərdə, həm də şəhər sakinlərinin evlərində istifadə olunacaq", - hesabatda deyilir.

Hesablamalara görə, RIP layihəsi tam fəaliyyətə başladıqdan sonra hər il 140 tona qədər karbon emissiyasının qarşısını alacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
publika.az

1Источники