RU

Şolts AP-yə seçkilərdə ifrat sağçıların qələbəsindən narahatlığını ifadə edib

Almaniya kansleri Olaf Şolts bildirib ki, ifrat sağçı partiyaların Avropa Parlamentinə (AP) seçkilərdə qalib gəlməsi onu narahat edir.

APA Almaniya hökümətinin rəsmi saytına istinadən xəbər verir ki, kansler bu barədə Çili prezidenti ilə keçirdiyi mətbuat konfransında danışıb.

“Almaniyada və başqa yerlərdə ifrat sağçı partiyalara verilən səslər narahatlıq doğurmalıdır. Buna alışmaq olmaz. Bizim vəzifəmiz həmişə bu qüvvələrə qarşı durmaq və demokratiyaya, qanunun aliliyinə və bizi Avropa edən hər şeyə sadiq olan partiyaları dəstəkləmək üçün aydın çoxluq uğrunda mübarizə aparmaq olmalıdır”, - Şolts vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
1
apa.az

2Источники