RU

Beyinə implantasiya edilmiş çiplə yaşamağın müsbət və mənfi tərəfləri nələrdir?

İlon Maskın "Neuralink" şirkətinin implantının ilk daşıyıcısı olan Nolan Arbo çipli beyinlə yaşamağın müsbət və mənfi tərəflərini sadalayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə "Scientific American" jurnalına müsahibə verib.

2016-cı ildə düşdüyü qəzadan sonra Nolan Arbonun bədəni iflic olub. Ona İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink"in "Telepatiya" ("Telepathy") cihazı implant edilib. Çip - qulaq arxasına eşitmə aparatı kimi bərkidilən qəbuledici kapsuldan və ondan beyinə gedən sapvari elektrodlardan ibarətdir. Nolan Abronun sözlərinə görə, o, çipi hiss etmir və əməliyyatdan xəbəri olmasaydı, onun varlığından belə şübhələnməzdi.

O qeyd edir ki, neyroimplant onun həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. O, Neuralink texnologiyası sayəsində “dünya ilə yenidən əlaqə qura bildiyini” deyir. Əməliyyatdan bir həftə sonra Arbo zehni ilə kursoru idarə etməyi öyrənib. Xüsusi interfeysdən istifadə edərək o, internet saytlarına və sosial şəbəkələrə baxa, mesajlar göndərə, proqramlarla işləyə və video oyunlar oynaya bilir.

Abro cihazın bir çatışmazlığını vurğulayır. Cihaz mütəmadi olaraq enerji yığmalıdır, buna görə Arbo tez-tez oyun seanslarını dayandırmalı olur. O, həm də fevral ayında çipdə nasazlıq yarandığını deyib. Neuralink şirkəti sistemin əməliyyat alqoritmini yenidən konfiqurasiya etməklə implantın əksər funksiyalarını bərpa edə bilib.

Neuralink layihəsi 2016-cı ildə istifadəyə verilib. Beyin siqnallarını Bluetooth vasitəsilə ötürə bilən bu cihazın ilk nümayişi 2019-cu ilin iyulunda baş tutub. Şirkət beyinə çiplərin implantasiyası üçün könüllüləri ötən sentyabr ayında işə götürməyə başlayıb. Tədqiqatın məqsədi implantın və çipin implantasiyası üçün istifadə olunacaq cərrahi robotun təhlükəsizliyini qiymətləndirməkdir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
teleqraf.com

1Источники