RU

Evdən 3 maşın zibil çıxarıldı

Bursada evlərdən birindən pis qoxular gəldiyi üçün məhəllə sakinləri vəziyyəti bələdiyyəyə xəbər veriblər. Bələdiyyə qrupları pis qoxunun yayıldığı mənzilə gedərkən qapını ev sahibləri açmayıb.

News24.az xəbər verir ki, hadisə yerinə polis çağırılıb. Polis və qruplar evdə qalan S.H.-nı və qardaşı S.H. uzun səylərdən sonra razı salıblar.

Binada yaşayan digər mənzil sakinləri isə vaxtaşırı evlərini tərk edərək qohumlarının yanında qaldıqlarını bildiriblər.

Qeyd edək ki, evdən 3 maşın zibil çıxıb. Zibillərlə dolu evdə yaşayan bacı və qardaşın eyni binada 5 mənzili və mağazası olduğu öyrənilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
news24.az

1Источники