RU

"Lester" yeni baş məşqçisi ilə bağlı qərar verdi

"Çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter "Lester"i çalışdıra bilər.

90deqiqe.Az "Guardian Sport"a istinadən məlumat verir ki, "tülkülər" ötən ilin aprelindən işsiz olan 49 yaşlı mütəxəssislə artıq danışıqlara başlayıb.

Xatırladaq ki, ötən mövsümün sonunda “Lester” 46 görüşdə 97 xal toplamağa nail olaraq Çempionşip cədvəlində birinci yeri tutmuşdu. Bu, komandaya aşağı liqaya düşdükdən bir il sonra İngiltərə Premyer Liqasına qayıtmağa imkan verib.

Избранный
98
90deqiqe.az

1Источники