RU

BRİCS xarici işlər nazirləri Əfqanıstanda təcili sülh nizamlanmasına çağırıb

BRİCS ölkələrinin xarici işlər nazirləri regional təhlükəsizliyi gücləndirmək üçün Əfqanıstanda təcili sülh nizamlanmasına nail olmağı zəruri hesab edirlər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Nijni Novqorodda BRİCS xarici əlaqələr qurumları rəhbərlərinin görüşünün yekunları üzrə öz saytında dərc olunmuş birgə bəyanatının mətnində deyilir.

"Nazirlər regional təhlükəsizliyi və sabitliyi gücləndirmək üçün Əfqanıstanda təcili sülh nizamlanmasının zəruriliyini vurğuladılar, Əfqanıstanın terrorizmdən, müharibədən və narkotiklərdən azad, müstəqil, vahid və sülhsevər dövlət olmasının tərəfdarıdırlar", - məlumatda qeyd edilib.

İclasda Əfqanıstan ərazisinin terrorçular tərəfindən istifadə edilməməsini təmin etmək üçün Əfqanıstanda daha görünən və yoxlanıla bilən tədbirlərin görülməsinə çağırılıb.

"Nazirlər Əfqan xalqına təcili və fasiləsiz humanitar yardımın göstərilməsinin və bütün əfqanların, o cümlədən qadınların, qızların və müxtəlif etnik qrupların nümayəndələrinin fundamental hüquqlarının qorunmasının zəruriliyini vurğuladılar", - sənəddə deyilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
iqtisadiyyat.az

1Источники