RU

"Bavariya" "Çelsi"nin müdafiəçisini izləyir

"Çelsi"nin mərkəz müdafiəçisi Levi Kolvill karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberqi "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, "Bavariya"nın 21 yaşlı futbolçunun xidmətində maraqlı olduğunu qeyd edib.

Münhen komandası "Bayer"in müdafiəçisi Conatan Tanı ala bilməsə, Kolvill üçün hərəkətə keçəcək.

 Xatırladaq ki, Kolvill bundan əvvəl İngiltərə yığmasının bu ay Almaniyada başlayacaq Avropa çempionatı üçün heyətinə daxil edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
90deqiqe.az

1Источники