RU

Rusiya: qatarla toqquşan avtomobillərin dəhşətli statistikası - FOTO

Dünyada ən sıx dəmir yolu şəbəkəsinə sahib ölkələrdən biri də Rusiyadır. Ekstremal iqlimə malik, Qərbdən Şərqə məsafəsi 10 min kilometrə yaxın olan ölkənin ən optimal nəqliyyatı elə qatardır. Dəmir yollarının ümumi uzunluğu 122 min kilometr olan federasiyada dəmir yolu keçidlərinin sayı 10 mini ötür. Təbii ki, bu qədər keçiddə qəzaların olaması da qaçınılmazdır.
Rəsmi məlumata görə Rusiyada 2002-2012-ci illərdə 2653 dəfə avtomobillərin qatarla toqquşması faktı qeydə alınıb. Bu hadisələr zamanı 1783 nəfər xəsarət alıb, 529 nəfər həyatını itirib. 
2023-cü ildə isə avtomobillərin qatar yoluna çıxması ilə bağlı 244 qəzada 119 nəfər xəsarət alıb, 54 nəfər həyatını itirib. Onların arasında dəmir yolu işçiləri də var.
O ki qaldı təqsirkar tərəfə, qatarla avtomobilin toqquşması zamanı təqsirkar birmənalı olaraq avtomobil sürücüsüdür. İstər Rusiya, istərsə də beynəlxalq qanunvericiliyə görə relsli nəqliyyat vasitələri keçid üstünlüyünə malikdir. Rusiyanın hüquq-mühafizə orqanları qatarla toqquşma zamanı sürücülərin və ya onların varislərinin iddialarını qəbul etmir. 

FAKT: Min tonlarla kütləsi olan qatarın qəza tormozlaması halında belə əyləc məsafəsi 1 kilometrə yaxın olur.

Vüqar

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
avtosfer.az

1Источники