Atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Boltun axil vətəri cırılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 37 yaşlı keçmiş idmançı bu barədə sosial şəbəkə hesabında bildirib.
O, İngiltərə millisi ilə dünya yığması arasında keçirilən futbol oyununda zədələnib. Bolt xeyriyyə matçına ikinci yarısında meydanı xərəkdə tərk etməli olub.
Qeyd edək ki, Useyn Bolt karyerasını 2017-ci ildə başa vurub.