RU

GUAM ölkələri yaşıl enerji konsepsiyasını gücləndirəcək

GUAM

Kiyev, 10 iyun, AZƏRTAC

GUAM ölkələrində yaşıl enerji konsepsiyasının gücləndirilməsi nəzərdə tutulur.

GUAM-ın Katibliyindən AZƏRTAC-a bildiriblər ki, təşkilata üzv dövlətlər arasında iqlim sahəsində qarşılıqlı fəaliyyətlə bağlı əməkdaşlığın və dialoqun genişləndirilməsi, o cümlədən ətraf mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsi müzakirə olunur. Bu xüsusda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda GUAM tədbirinin çağırılması planlaşdırılır.

İclasda enerji təhlükəsizliyi və davamlı, ədalətli, iqlimə davamlı enerji keçidi sahəsində əməkdaşlığın təşviqi, o cümlədən dekarbonizasiya, bərpaolunan enerji mənbələrindən, həmçinin ənənəvi yanacaq növlərindən istifadə, eyni zamanda, enerji səmərəliliyi və təmiz enerjiyə investisiyalar kimi məsələlərin müzakirəsi planlaşdırılır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
2
azertag.az

3Источники