RU

"Qazaxıstana dominant futbol oynamağa çalışacağıq"- Arif Əsədov

style='margin-bottom:10px;'>

 "Çox qısa müddətdir ki, Qazaxıstan millisi ilə oyuna hazırlaşırıq. Futbolçuların fiziki yorğunluğunu aradan qaldırmaq və psixoloji yöndə hazırlıq getdi. Bu gündən artıq Qazaxıstanla oyunu analiz edərək, son məşqə çıxacağıq. Sabah hansı oyun üslubunda oynayacağıq, onun üzərində işləyəcəyik".

QOL.az-ın Macarıstana ezam olunmuş müxbiri  xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov Qazaxıstanla sabah Macarıstanın Sombatxey şəhərində keçiriləcək yoxlama oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

"Heyətdə zədəli oyunçularla bağlı problemlər var. Onların durumuna bu gün aydınlıq gələcək. Coşqun Diniyev zədəlidir. Bəhlul Mustafazadəyə Albaniya ilə görüşdə aldığı zədə çətinliklər yaratdı. Bugünkü məşqdən sonra tam qərar veriləcək. Heyətdə bəzi dəyişikliklər ola bilər. Heyət və oyun üslubu baxımından da başqa cür oynaya bilərik. Bütün məşqlərimizi o istiqamətə yönəldirik. Çalışacağıq ki, sabahkı oyunda dominantlıq edək, rəqibə öz meydançasında pressinq edək. Bunun üzərində işləmişik. Nə qədər nail olacağıq, oyun göstərəcək" - deyə o bildirib. 

Mütəxəssis milli üçün iki oyun modeli üzərində işlədiklərini vurğulayıb:  "Biri bizim kimi və daha güclü komandalar qarşı oyun, biri isə bizim kimi və daha zəif komandalara qarşı. Albaniya kimi komandalara qarşı Rahil Məmmədova şans verdik".

Baş məşqçi sabah sağ cinah müdafiəçisi kimi hansı futbolçunun oynayacağı ilə bağlı sualı belə cavablandırıb: "Sağ cinahda iki müdafiəçimiz var, Amin Seydiyev və Qismət Alıyev. Hər ikisini o mövqedə düşünürük. Bugünkü məşqdən sonra qərar veriləcək".

A.Əsədov sabahkı matçda əvəzetmələrdə gənclərə çox şans verib-verməyəcəyi ilə  bağlı söyləyib: "Bizim qarşıda rəsmi oyunlarımız var. Ona görə də bilməyik ki, kimlər əsas heyət üzvləridir. Eyni zamanda komandaya cavan oyunçular da qazandırmalıyıq. Yeni baş məşqçi gələcəksə, o da bilməlidir ki, heyətdə kimlər var.

P.S: Jurnalistlərin Macarıstana səfəri və mətbuat konfransında iştirakı Misli-nin dəstəyi ilə həyata keçirilib.

Избранный
169
1
teleqraf.com

2Источники