RU

TÜRKİYƏDƏ FİLM KİMİ CİNAYƏT: killer qıza qətl sifariş edildi, daha sonra isə...

Türkiyənin Adana şəhərində "Sevgililər Günü"ndə (Bu ilin fevral ayının 14-ü) vəhşicəsinə qətlə yetirilən 19 yaşlı İpek Akgülün, əslində, killer olduğu üzə çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, qızın ölüm əmrini verənlər is elə sifariş qəbul etdikləri şəxslər olub.

Məlumata görə, 20 yaşlı Yaşar Bulutun fevralın 14-də Adana Polis İdarəsinə yollanaraq, 19 yaşlı sevgilisi İpək Akgülü "O, məni başqası ilə aldatdığı üçün öldürdüm" deyə təslim olub. Lakin onun rahatlığı və şübhəli davranışı polisi şübhələndirib: "Polis əməkdaşları Yaşar Bulutun icarəyə götürdüyü avtomobilin GPS koordinatları ilə tapıb və onun İpək Akgülün Yumurtalık məhəlləsi Asmalı Məhəlləsindəki bağçada olduğunu müəyyən edib. İpəkin portağal bağında basdırılmış cəsədi uzun axtarışdan sonra tapılıb. Tibbi ekspertiza zamanı aydın olub ki, o, Yaşar Bulutun iddia elədiyi kimi, ayın 14-də deyil, bundan azı 3 gün əvvəl ağır işgəncədən sonra ilə güllələnərək öldürülüb".

Məlumata görə, meyitin ekspertizası zamanı İpek Akgülün saysız ağır zərbələr alması, qolları və qabırğalarının qırılması da üzə çıxııb: "Bundan sonra polislər araşdırmanın miqyasını genişləndirib. Bəlli olub ki, o, öldürülməmişdən bir gün əvvəl Adanada E.A adlı bir nəfərin evində olub. İstintaq E.A-nın da həmin günü güllələndiyini, ancaq salamat qaldığını, xəstəxanada müalicə aldığını dəqiqləşdirdikdən sonra onun ifadəsini alıb. 22 yaşlı E.A deyib ki, qızla sosial media vasitəsi ilə tanış olub, o, həmin günü İzmirdən onun evinə gəlib. Ancaq hamamda çimərkən ona bəlli olmayan səbəbdən İpək ona 3 gülllə sıxıb. Təsadüf nəticəsində sağ qaldığını deyən E.A bildirib ki, həmin hadisədən dərhal sonra qız evdən qaçıb və artıq onunla əlaqəsi yoxdur. 

Polis bu ifadədən sonra kameralar vasitəsi ilə dəqiqləşdirib ki, əslində, İpək Akgülü E.A-nın evinə onun sevgilisi və dostu gətirib. Bundan sonra İpəkin 27 yaşlı gerçək sevgilisi Ahmet Albayrak və onun 26 yaşlı dostu Mehmet Görgün həbs olunublar. İstintaq müəyyən edib ki, bu iki şəxs E.A ilə düşmənçiliyi olub və onlar qızı E.A-nı öldürmək üçün vəzifələndiriblər. Ancaq İpək Akgül işi tamamlaya bilməyib".

Türkiyə mətbuatı yazır ki, bu faktlar təsdiqləndikdən sonra "İpək Akgülü mənə xəyanət etdiyi üçün öldürdüm" deyən Yaşar Bulut təkrar ifadəsində etiraf edib: "Əslində, qızı tanımıram. İpəkin əsl sevgilisi Ahmet və dostu Mehmet yanımda idi. Onlar qızı öldürməyimi istədilər. Həbsxanada mən çox yaxşı baxacaqlarını dedilər...".

Araşdırmalar nəticəsində müəyyən edilib ki, Ahmet Albayrak və Mehmet Görgünün ədavətdə olduqları E.A.-nı öldürmək istədikləri üçün İpeki killer kimi qabağa veriblər: "Ancaq E.A-nın ölməməsindən sonra onlar gizli planlarının deçifrəı olacağından çəkinərək qızı "Polis səni axtarır. Biz səni gizlədəcəyik" adıyla bağa aparıblar. Orada isə Yaşar Buluta öldürdüblər..."

Məlumatda deyilir ki, polis hadisə ilə bağlı Yaşar Bulutla yanaşı, Çukurova rayonunun Beyazevler rayonunda iki fərqli evdə keçirdiyi əməliyyatıa Ahmet Albayrak və Mehmet Görgünü, eyni zamanda, Yaşar Bulutun böyük qardaşı 23 yaşlı Aziz Bulutu da hadisəni bilib gizlətmək ittihamı ilə saxlayıb: "Polisə aparılan Ahmet Albayrak və Mehmet Görgün burada sorğu-sual zamanı bir-birlərini günahlandırıb, qatli inkar etməyə çalışsalar da, xeyri olmayıb. Onlar haqda həbs qətimkan tədbiri seçilib".

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
mia.az

1Источники