Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.
Azreform.info xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.