RU

"BU ölkələr Rusiyanın hücumu təhlükəsi ilə üzləşəcək"-Sikorski

"Polşa Rusiyanı gözardı edilə bilməyən bir təhlükə kimi qiymətləndirir".

Oxu24.com xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavada jurnalistlərə bildirib.

Qərb liderləri bu yaxınlarda Rusiyanın NATO ilə sərhəd ölkələrinə hücum təhlükəsini ciddi şəkildə nəzərdən keçirdiklərini açıqlayıblar. Sikorski də bu narahatlıqlarla razılaşır:

“Ukrayna "yıxılarsa", Polşa və Baltikyanı ölkələr dərhal Rusiyanın hücumu təhlükəsi ilə üzləşəcəklər".

Onun sözlərinə görə, Polşa hakimiyyəti sərhədi möhkəmləndirməyə başlayıb və ÜDM-in 4 faizini müdafiəyə xərcləyir.

Xatırladaq ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin xarici jurnalistlərlə söhbətində Rusiyanın NATO ölkələrinə hücum planları ilə bağlı yayılan xəbərləri cəfəngiyyat adlandırıb. Rusiya ilə gələcək münasibətlərdən danışan Sikorski deyib ki, Polşa hakimiyyəti bütün rusları Putin rejimi ilə eyniləşdirmir və gələcəkdə demokratik Rusiyanın yaranmasına inamını itirməyib:

"Rusiya həmişə bizim ən yaxın qonşumuz olaraq qalacaq və ümid edirik ki, o sülhsevər və mehriban qonşu olacaq", - deyə  Polşanın xarici işlər naziri vurğulayıb.

Mənbə: Lenta.ru

Yeganə
 

Избранный
154
26
oxu24.com

10Источники