RU

COP29 gəncliyin ekoloji mədəniyyətinin formalaşmasında mühüm mənbədir...

Image

Milli mənlik şüuruna, milli-mənəvi dəyərlərə, vətənpərvərlik hisslərinə, dövlətçilik tərbiyəsinə sahib olan gənc nəsil Azərbaycan dövlətinin həyata keçirdiyi bütün fəaliyyətlərə uyğun addımlar atmağı bacarır, dövlət siyasətinə yaxından dəstək verir.

Ölkəmizdə baş verən elə bir proses yoxdur ki, orada Azərbaycan gəncliyinin sözü, əməli mövqeyi olmasın. Biz bunu bütün istiqamətlərdə yaxından müşahidə etmişik, gənclərin uğurlu dəstəyini görmüşük. 

Bu ilin noyabrında Bakıda keçirləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (Tərəflərin konfransı)-COP29-a da gənclərimiz, gənclər təşkilatları, könüllülük institutu, gənclərin təmsil olunduğu vətəndaş cəmiyyəti qurumları, ali məktəblər, kolleclər xüsusilə hazırlaşırlar. İlin başından indiyə kimi gənclərin iştirakı ilə bir neçə tədbir keçirilib, maarifçilik işləri aparılıb, indi də davam etdirilir.   

Heç şübhəsiz ki, COP29-un Azərbaycanda keçirilməsi gənc fəallar üçün qlobal iqlim siyasətinə töhfə vermək baxımından mühüm Platformadır. Gənclər COP29-a hazırlıq prosesində çox aktiv fəaliyyət göstərir, müxtəlif platformalarda iştirak edirlər. Gənclərimizin bu sahədə aktivliyi sözün əsl mənasında bir vətənpərvərlik işidir, milli təəssübkeşlikdir, ekoloji siyasətə böyük bir dəstəkdir. Gənclər özlərinəməxsus şəkildə iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfələrini verir və “yaşıl təşəbbüs”lərdə aktiv iştirak edirlər.  

Bildiyimiz kimi, 2024-cü il Prezident İlham Əliyevin təşəbbüsü ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunub. Belə bir vaxtda COP29-un da ölkəmizdə keçirilməsi gənclərin qarşısında yeni fəaliyyət istiqamətləri açır. 

COP29-la bağlı gənclər maariflənir, onlarda ekoloji mədəniyyət formalaşdırılır... 

COP29-a yalnız paytaxt gəncləri deyil, ölkəmizin bütün rayon və şəhərlərində yaşayan, fəaliyyət göstərən, təhsil alan gənclər hazırlaşır. Ümumrespublika və ümumdünya miqyaslı tədbirin böyük uğurla keçməsi üçün gənclər əlindən gələnio edir. 

Məlumata görə, Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” ilə çərçivəsində “ECO-TALK” forumu keçirilib. Əsas məqsədi COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə gəncləri məlumatlandırmaq və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekologiya yönümlü işlər barədə geniş müzakirə aparmaq olub. Gənclərin ekoloji sahədə bacarıqlarının vacibliyinə və şəhər gənclərinin ekoloji sahədə gördüyü işlərə diqqət çəkilib ki, bunlar da gənclərin ekoloji tərbiyəsində mühüm rol oynayır.  

Qlobal iqlim dəyişikliklərinin həllində COP29 konfransının əhəmiyyəti barədə gənclərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sözügedən forum Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Texniki Kolleci, Sumqayıt Tibb Kolleci, GİKM-ın Abşeron-Xızı regional nümayəndəliyi, 2 saylı Sumqayıt regional “ASAN xidmət” və Sumqayıt şəhərində fəaliyyət göstərən Tələbə gənclər təşkilatlarının təşkilatçılığı ilə baş tutub. Gördüyümüz kimi, gənclər təşkilatları COP29-la bağlı çox səmərəli fəlaiyyət göstərirlər. 

COP29 gənclər üçün böyük imkanlar açır 

Bu gün ölkədə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı təşkil olunan tədbirlər ekoloji proseslərdə gənclərin rolunun artmasına şərait yaradır.

Ekspertlərə görə, ölkəmizin bu sahədəki təşəbbüsləri gənclərin bu istiqmaətlərə yolunu açır.  

Dünyada olduqca əhəmiyyətli konfrans hesab olunan COP29-un Azərbaycanda keçirilməsi gənc nəsilə təbiətin, ətraf mühitin qorunmasını, yaşıllıqların salınmasını, artırılmasını, biomüxtəlifliyin mühafizəsini təlqin edir. 

Ekspertlər qyed eidr ki, bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi gənclər üçün geniş imkanlar yaradır, onlarda ekoloji mədəniyyətin formalaşmasına, təbiətə, planateə həssas münasibətlərinin daha da oturuşmasında mühüm rol oynayır.  

Könüllülər ekoloji mədəniyyətin təbliğində... 

Məlumatlara görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib.

Qeyd olunur ki, ötən illər ərzində ölkəmizin ev sahibliyi etdiyi iri miqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaq. Mətbuatda gedən məlumatda qeyd olunur ki, konfransın təşkilati işləri ilə bağlı zəruri əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə isə 3000 könüllünün prosesə cəlb olunması gözlənilir.

Könüllülük proqramı çərçivəsində COP29-a öz töhfəsini vermək, eləcə də təcrübə, işgüzar vərdiş və fərdi inkişafa yiyələnmək niyyətində olan könüllülərin layihəyə rahat və koordinasiyalı şəkildə qoşulmaları üçün volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilmişdir.

Platformada qeydiyyatdan keçərək “onlayn” anket formasını dolduran şəxslər potensial könüllü qrupuna daxil olurlar. Daha sonra bütün elektron anketlər müraciət edən şəxsin ən az 16 yaşında olması, habelə bilik və bacarıqlar, motivasiya, xarici dil biliyi və digər bu kimi müxtəlif meyarlar, eləcə də COP29-un məqsəd və dəyərlərinə uyğunluq üzrə nəzərdən keçiriləcək, müvafiq namizədlər müsahibəyə, sonra isə təlimlərə dəvət ediləcəklər. COP29-un Könüllülük proqramının əsas məqsədləri dayanıqlılıq səfirləri kimi çıxış edəcək könüllülərin unikal bacarıqlarının real həllərin dəstəklənməsinə yönəldilməsi, əməkdaşlıq mədəniyyətinin təşviqi üçün hər səsin eşidildiyi, hər töhfənin qiymətləndirildiyi inklüziv mühitin təmin edilməsidir. Bu məqsədlə seçim və təlimlər prosesi zamanı yüksək motivasiyalı və müştərək öhdəliklə bir araya gələn gənclərdən ibarət komanda formalaşdırılacaq. Bu barədə məlumatda qeyd olunur. 

Gənclərin "yaşıl təşəbbüs"ləri...

Bu gün gənclərin iqlim müzakirələrində fəal iştirakı, aktivlikləri diqqətdən yayınmır. Bildiyimiz kimi, COP29-da bir çox gənc lider və fəal müxtəlif panel və tədbirlərdə çıxış edəcək, üstəlik, yaşadıqları regionda iqlim təşəbbüslərini bölüşmək imkanı əldə edəcəklər. Azərbaycan gənclərinin indiyə qədər gördüyü işlər, irəli sürdükləri təşəbbüslər maraqla qarşılanıb və hesab  edirik ki, tədbir çərçivəsində də maraqla qarşılanacaq. Mətbuata görə, Azərbaycanda gənc iqlim fəalları COP29-la bağlı özlərinin proqram və layihələrini  vaxtaşırı müzakirə edirlər. Qeyd olunur ki, həmin müzakirələrdə lider gənclərin işini dəstəkləmək və həvəsləndirmək üçün təşəbbüslər irəli sürülür. Bu təşəbbüslər gənclərə iqlim dəyişikliyi ilə bağlı layihələr hazırlamağa və beynəlxalq platformalarda təqdim etməyə imkan verir... 

COP29 çərçivəsində Azərbaycan gəncləri öz təşəbbüs və fikirləri, iştirakları ilə “yaşıl təşəbbüs”ə töhfə verəcək. Eyni zamanda da əldə etdikləri təcrübəni ölkəmizdə yaşıllığın, ekoloji tarazlığın mühafizəsinə həsr edəcəklər. Bu proses həm də milli mənlik şüuruna, vətənpərvərlik hissinə malik olan Azərbaycan gəncliyini ekolojio mədəniyyətinin daha üstün səviyyədə formalaşmasına imkan yaradacaq. Gənclərimiz böyük həvəslə “yaşıl təşəbbüs”lərə qoşulub və bu təşəbbüsün də uğurlarını hər birimiz indidən görürük. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
baki-xeber.com

1Источники