Almaniya bu il ölkəyə qeyri-qanuni yollarla daxil olan 10700 Türkiyə vətəndaşını deport edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, cari ilin ilk 5 ayında qeyri-qanuni yollarla Almaniyaya 14451 türk gəlib. Onlardan 10 min 724-nün sığınacaq tələbinin rədd edildiyi bildirilir. Qeyd olunur ki, 89 türkə sığınacaq, 73 türkə isə hüquqi müdafiə statusu verilib. Sığınacaqlara qəbul edilən Türkiyə vətəndaşlarının nisbəti 8 faiz olaraq qalıb.
Türkiyə vətəndaşlarının əksəriyyəti sığınacaq verilməməsinə etiraz edib. Etiraz prosesləri mənfi nəticələnənlər qısa müddətdə deportasiya olunacaqları deyilir.
“AzPolitika.info”