RU

Rasim Balayev: "Bu dəyişiklik hələ heç nə demək deyil"

Xəbər verildiyi kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

Məlumata görə, hər iki şəxs öz ərizələri əsasında işdən çıxarılıb.

Maraqlıdır, bu kimi dəyişikliklər Azərbaycan filminə nə qazandıracaq?

"Cebhe.info"-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev bildirib ki, bu cür dəyişikliklər inkişaf üçün əsas deyil:

"Bu dəyişiklik hələ heç nə demək deyil. Ümumiyyətlə, filmin inkişafı ancaq belə dəyişikliklərdən asılı deyil. Bunun üçün sənət olmalıdır, filmə dəyər verilməlidir, bu sahə öyrənilməlidir. Kiminsə işdən çıxması filmin inkişafı demək deyil. Onların işdən çıxarılması isə Mədəniyyət Nazirliyinə aid məsələdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
cebheinfo.az

1Источники