RU

Energetika naziri Qaxda vətəndaşlarla görüşəcək

Energetika

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 28-də energetika naziri Pərviz Şahbazov Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 12:00-dan başlayaraq Qax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi 4) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin 974 Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Şəki” filialı (əlaqələndirici şəxs: Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin “www.minenergy.gov.az” internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

 

Избранный
110
4
azertag.az

4Источники