RU

Simonyan: “Rusiya hakimiyyəti erməni xalqını aldatdı”

Simonyan:

“Rusiya hakimiyyəti Ermənistanı və erməni xalqını atdı, bizi aldatdı”.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı ilə tanış olmadığını və Ermənistan Xarici İşlər Nazirliyinin adından bunu şərh etmək səlahiyyətinin olmadığını bildirib.

Qeyri-dost hərəkətlərə gəlincə, o, Rusiyaya 2020-ci ildən sonrakı hərəkətlərinə baxmağı tövsiyə edib.

Spiker əlavə edib ki, Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb. Onun sözlərinə görə, Ermənistan uşaq sadəlövhlüyü ilə Rusiyanın onu tək qoymayacağına, tərk etməyəcəyinə sona kimi inanıb və ümid edib.

Simonyan izah edib ki, ABŞ donanmasının İsrail sərhədlərinə yaxınlaşaraq İsrailə düşən raketləri vurmağa başlamasını, təyyarələrinin isə Kiprdən havaya qalxaraq İsrailə müttəfiq kimi kömək etməyə başlayanda bunu paxıllıqla izləyib. “Bu müharibənin baş verməsinə icazə verməyə dəyərdimi? Rusiya 2020-ci ildə o qədər zəif idi ki, bizi köməksiz qoydu? Doğrudanmı Xəzərdə Azərbaycana yaxınlaşacaq bir gəmi də yox idi? Hələ müharibə boyu sadəlöhv uşaqlar kimi ümid edirdik ki, heç olmasa nəyisə dayandıra bilək”, - deyən Simonyan 2020-ci il müharibəsində Rusiyanın Azərbaycanı dayandırmamasına işarə edib.

Onun fikrincə, Rusiya Ermənistana özünü müdafiə etməyə çalışmaqdan başqa çarə qoymayıb. Simonyan özünü müdafiə etmək cəhdini qeyri-dost münasibət kimi qələmə verməyi ədalətsizlik adlandırıb.

Spiker iddia edir ki, Rusiya Ukraynada müharibəyə hazırlaşdığına görə Ermənistanı tək qoyub, Suriyada təyyarəsi vurulduqdan sonra Türkiyə ilə böyük sövdələşməyə gedib və son məqsədi mümkün sanksiyalardan yan keçmək olub. “Yaxud da ermənilərin ödəməli olduğu bir qiymət var idi, çünki ermənilər müstəqillik və suverenlik yolunu seçiblər və buna görə də ermənilər cəzalandırılmalı idi. Ermənilər uduzmalı idi ki, seçimləri olmasın”, - deyə Simonya əlavə edib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
reyting.az

1Источники