RU

Sunak bildirib ki, parlament seçkiləri öncəsi istefa barədə düşünmür

Böyük Britaniyanın baş naziri Rishi Sunak mübahisəli seçki kampaniyasına baxmayaraq, parlament seçkiləri öncəsi istefa vermək fikrində olmadığını bildirib. Bizimyol.info xəbər verir ki, o, bu barədə "Reuters" agentliyi baş nazirə istinadən məlumat verib. Britaniya hökumətinin başçısı jurnalistin istefa ilə bağlı fikirlərinin olub-olmaması ilə bağlı sualını cavablandırarkən: "Təbii ki, yox", - deyib. Sunak əlavə edib ki, ölkədə seçki kampaniyası yeni başlayıb. "Ölkəyə təklif etdiyimiz proqram məni həyəcanlandırır. Bu kampaniya yeni başlayıb", - deyə o əlavə edib. Bundan əvvəl Sunak müttəfiqlərin Normandiyaya əməliyyatının 80 illiyi ilə bağlı Fransada keçirilən anım tədbirindən tələsik getdiyi üçün üzr istəməyə məcbur olmuşdu. Britaniya mətbuatının yazdığına görə, o, parlament seçkiləri ərəfəsində kampaniyaya diqqətini cəmləmək üçün Normandiyanı erkən tərk etməyi seçib. Eyni zamanda, qarşıdan gələn seçkilərin favoriti sayılan Leyboristlər Partiyasının lideri Key Starmer Fransada keçirilən əsas anım tədbirində iştirak edib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Britaniyalı siyasi şərhçilər qeyd edirlər ki, Sunakın bu addımı iyulun 4-də keçirilən səsvermədən sonra hakim Mühafizəkarlar Partiyasının hakimiyyətdə qalma müddətini uzatmaq ümidlərinə son qoya bilər. Hazırda rəy sorğularına əsasən, leyboristlər mühafizəkarları orta hesabla 20 faiz bənddən çox qabaqlayır. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
3
bizimyol.info

7Источники