RU

Azərbaycanda FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi

Gəncədə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının mübahisəsi qanla bitib.
"Unikal"ın məlumatına görə, mübahisə zamanı onlardan biri digərini odlu silahla güllələyib.
1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Qeyd edək ki, hadisə həmin şəxslərin VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman baş verib. Güllələnərək öldürülən şəxs sükan arxasında olub. Hadisədən sonra avtomobil aşıb.
Избранный
179
32
oxu.az

10Источники