RU

Kəşmirdə mikroavtobusun çaya aşması nəticəsində ölənlərin sayı 16-ya çatıb

Kəşmirdə

Bakı, 10 iyun, AZƏRTAC

Pakistanın nəzarətində olan Kəşmirdə mikroavtobusun çaya aşması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

AZƏRTAC “Associated Press” saytına istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti uşaqlardır.

Yerli medianın məlumatına görə, sərnişinlərin əksəriyyəti turist, qalanları isə Neelum vadisinin yerli sakinləri olub.

Qeyd edək ki, qəza zamanı mikroavtobusda 18 nəfərə yaxın adam olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
azertag.az

1Источники