RU

"Doğuş yatan kimi telefonunu yoxlayırdım"

"Doğuşu çox qısqanırdım. Sonra gördüm ki, çox qısqanclıq ailəni dağıtmaq deməkdir. Telefonu yerə qoyan kimi gecə saat 2-də götürürdüm və hər şeyə baxırdım".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. O, müğənni həyat yoldaşı Doğuşu qısqanmasından bəhs edib:

"Telefonum ortada olurdu. O isə kənara qoyurdu. Mən də o yatan kimi götürürdüm. Baxırdım ki, ancaq sevgi sözləri: səni sevirəm, uşaqlığımın sevgisi. Əsəb keçirirdim. Gördüm bu əsəb məni öldürəcək, sildim atdım. Bir dəfə də İstanbulda Taksimdə bir qız qışqırdı ki, səni sevirəm. Hamı mənə baxdı. Qısqanclıq böyük xəstəlikdir. Qədərində olmalıdır".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
big.az

1Источники