RU

\"Telegram\"da sürətlə yayılan oyunla bağlı XƏBƏRDARLIQ! - \"Pula həvəslənib...\" - FOTO

"Telegram"dan dünyaya sürətlə yayılan "Hamster Kombat" oyunu ilə bağlı bir çox yazılanlar doğru deyil.

 

Sfera.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib.

 

“Oyun skam, yəni dələduzluq deyil. Və ya şəbəkə marketinqi kimi qatılımçıların pulları əsasında büdcə formalaşdırmır. Bu oyun "Airdrop" məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilir. Yəni çox sayda istifadəçi cəlb edilir. Oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda iştirakçıların bir qismi arasında paylanır. Əgər "Airdrop" və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz. Oyun "Telegram"ın TON zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutalardan yeni qazanclar əldə etməkdir”.

 

Fərid Pərdəşünas qeyd edib ki, oyun hazırda istifadəçidən hər hansısa məbləğdə investisiya tələb etmir.

 

“Oyunun nə qədər "Airdrop" verəcəyi və sizə nə qədər düşəcəyi də məlum deyil. İstifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir. Əgər "Airdrop" yığmaq istəyirsinizsə, tək bu oyunla yox, bir çox kriptovalyuta layihəsini izləyib, davamlı yığmaq məsləhətdir. Bu halda qazanc əldə etmək daha məntiqli olur. Bu məntiqi tam anlamadan, digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli "Airdrop"lardan anlayışı olmadan yatırım etməyi məsləhət görmürəm. Çünki, çox sayda skamlar da var”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
16
sfera.az

10Источники