RU

"Zirə"nin yeni transferi: "Rəqabətdən heç vaxt qorxmamışm"

"Zirə"nin yeni transferi Aydın Bayramov Sportal.az saytına açıqlama verib. O, komandaya keçidindən danışıb: 

"Zirədən zəng gəldi. Oturduq, söhbət etdik və razılaşdıq. Düzü, "Turan Tovuz"dan da müqavilə təklif etmişdilər. Amma Ayxan Abbasovun ayrılmasından sonra mən də orada qalmaq istəmədim. Bəli, "Zirə"dən savayı başqa klublardan da təkliflər almışdı. Bu komandanı əvvəldən bəyənirdim. Ona görə də, gələn təklifi dərhal dəyərləndirdim". 

O, rəqabətdən çəkinmədiyini və əsas heyətə düşmək üçün mübarizə aparacağını deyib: "Tyaqo Silva çox yaxşı mövsüm keçirdi. Demək olar ki, bütün matçlarda meydanda idi. Bəli, çox güclü rəqabət olacağını bilirəm. Anar Nəzirov kimi təcrübəli qapıçmız da var. Rəqabət olacaq. Lakin heç vaxt qorxmamışam. Çalışacam ki, özümü doğruldum, məşqçilərin etimadını qazanım. Oynayıb-oynamamaq məşqçilərin verəcəyi qərardır. Buna da hörmətlə yanaşıram".

Mirbağırağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
1
sportal.az

2Источники