RU

Avropada böhrana səbəb olan seçkilərdən sonra Snowden: “Bəlkə də sülhə şans verməyin vaxtıdır”

Avropa Parlamentində keçirilən seçkilər zamanı Avropa ölkələrində çoxlu istefalar, parlament buraxılmaları baş tutdu.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-la bağlı hər şeyi dünyaya açan, sonra Rusiyaya sığınan Snowden də bu hadisələrə reaksiya verib. AP-nin 10-cu qanunvericilik dövrünün ilk real rəsmi nəticələrinə görə, sağçı və mühafizəkar partiya kimi tanınan Avropa Xalq Partiyası 189 mandat qazanaraq Avropanı şoka salıb.

“Washington Post” qəzeti elan edilən ilk nəticələrin qitədəki seçicilərin Avropanın hakim mərkəzçilərini “cəzalandırdığını” və sağçı partiyalara “görünməmiş dəstək” verdiyini göstərdiyini yazsa da Financial Times bu nəticələrin Fransa lideri Makronun siyasi mövqelərini əks etdirdiyini yazıb.

2013-cü ildə Amerika Milli Təhlükəsizlik Agentliyində (NSA) işləyərkən NSA-nın qeyri-qanuni və hərtərəfli izləmə proqramlarını ifşa edərək ABŞ-ın bütün dünyanı qeyri-qanuni şəkildə necə izlədiyini ortaya çıxararaq beynəlxalq şöhrət qazanan Edvard Snowden mövzu ilə bağlı öz şərhini əlavə edib. Snowden yazıb: “Müharibə tərəfdarı olan siyasətçilər Aİ seçkilərində çox sərt şəkildə cəzalandırıldılar. Bu, Bayden üçün də yaxşı heç nə vəd etmir. Bəlkə də sülhə şans verməyin vaxtıdır”.

//Gülnarə Abasova, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
editor.az

1Источники