RU

Silahlı hücuma məruz qalan avtobusda 10 nəfər həyatını itirib

Hindistanda silahlı hücuma məruz qalan avtobusun dərəyə yuvarlanması nəticəsində 10 nəfər həyatını itirib, 33 nəfər isə yaralanıb.

Hadisə Hindistanın Cammu və Kəşmir bölgəsində hinduları məbədə aparan avtobusa silahlı hücum nəticəsində baş verib.

Yerli polisin xarici mətbuata verdiyi xəbərə görə, hücum nəticəsində sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb.

Hücum edənlərin tez bir zamanda tutulması üçün Hindistan polisi tərəfindən axtarış əməliyyatı başlayıb.

Terrordan dərhal sonra Hindistanın baş naziri hadisə ilə bağlı məlumatlandırılıb. Baş nazir tərəfindən yaralılara ən yaxşı müalicənin göstərilməsi üçün göstəriş verilib…

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
oxumeni.az

1Источники