RU

“Zirə”də ayrılıq

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə”də ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi Dimitrios Çantakiasla yollarını ayırıb. Bu barədə klubun saytı məlumat yayıb. Yunanıstanlı müdafiəçinin “Zirə” ilə müqaviləsinin müddəti yekunlaşıb və tərəflər arasında yeni sözləşmə imzalanmayıb.  “Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Çantakias 2020-ci ildən "Zirə"nin formasını geyinirdi.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
matc.az

1Источники