RU

BSC əməkdaşları üçün “Loyallıq seminarı” keçirildi

Şirkət dəyərlərinin mənimsənilməsi məqsədilə BSC Consulting-də Loyallıqla bağlı seminar təşkil olundu.

Əməkdaşların daha peşəkar mühitdə çalışmasını və iş performansının yüksəldilməsini hədəfləyən bu seminar korporativ mədəniyyətin daha yüksək səviyyədə təşkil olunmasına yönəlmişdi.

Seminar boyunca əməkdaşlar maarifləndirici və real iş mühiti ilə əlaqələnən nümunələrlə tanış olmaqla yanaşı, şirkətin vizyonu, öncəlikləri və gələcək hədəfləri haqqında da ətraflı şəkildə məlumatlandırıldılar.

Eyni zamanda effektiv təşkil olunan loyallıq seminarında şirkət əməkdaşları üçün mövcud müştəriləri mükafatlandırmaqla şirkətə loyal qalmalarına, passiv müştəriləri həvəsləndirməklə daha çox xidmətdən yararlanmağa təşviq etməyə, keçmiş müştərilərin diqqətini qazanmaqla geri yenidən əməkdaşlığa sövq etmək barədə məlumatlar verildi.
Ən əsası loyallıq proqramında hamı qazanır: müştəri də, biznes də. Biznes öz müştərilərini qoruyur, müştərilər isə ehtiyac və istəklərini yüksək səviyyədə təmini, xidmət prosesindən məmnun qalacaqları bir təcrübə yaşayırlar.

Daim işçilərin rifah səviyyəsini qorumağa çalışan və müştəri məmnunluğunu öndə tutan BSC Consulting 30 ilə yaxındır ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur. 

BSC ailəsinə qoşulmaq üçün sayta daxil olaraq vakansiyalarla tanış ola bilərsən: //bsc.az/ karyeralar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
fins.az

1Источники