Rusiya prezidenti Vladimir Putinin “sirli” qızları Katerina Tixonova və Mariya Vorontsova illərdir gizli saxladıqdan sonra indi maraqlı şəkildə ictimaiyyət qarşısında görünməyə başlayıblar.

İndex.az xəbər verir ki, bu həftə bacılar Rusiyanın Davosu adlandırılan Sankt-Peterburqda olublar.

Onlar, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) sammitində çıxış edib. Bu addım Putinin Moskvada gücünü artırmaq üçün olduğu qiymətləndirilir.

39 yaşlı genetik tədqiqatçı Vorontsova innovasiya və biotexnologiyaları əhatə edən paneldə çıxış edib. Texnologiya üzrə rəhbər və keçmiş akrobatik rəqqasə olan 37 yaşlı Tixonova Rusiya müdafiə sənayesinin daxili və xarici aspektlərinin və onun inkişafının maliyyələşdirilməsinin müzakirə edildiyi paneldə iştirak edib.

MKİ-nin keçmiş məxfi xidmət zabiti Ronald Marksın dediyinə görə, Putinin qızları öz peşələri ilə bağlı fikirlərini və məsləhətlərini bölüşmək üçün danışmağa dəvət edilmişdilər, lakin əslində bütün şou Putinin imicini təzələməkdən ibarət idi.