Axtarışda olan iki nəfər ölkədən qaçmaq istəyərkən tutuldu
Gəncədə axtarışda olan 2 nəfər ölkəni tərk edərkən tutulublar.Patrul.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Məhərrəm Yusifov və 1998-ci il təvəllüdlü Elvin Məmmədov Gəncə Hava Limanında ölkədən qaçmaq istədikləri vaxt saxlanıblar.Bildirilib ki, onların hər ikisi polis tərəfindən axtarışa verilib və barələrində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb.Faktla bağlı araşdırmalar aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта