RU

Yolu hoppanaraq keçənpiyada avtomobillə toqquşmaqdan son andaqurtuldu- VİDEO

Paytaxtın Babək prospektində piyada qayda pozaraq təhlükə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 9-da günorta saatlarında qeydə alınıb. Belə ki, sıxlıqdan istifadə edən gənc oğlan maşınların arasından qaçaraq yolu keçir. Bu zaman o, avtobus zolağında geriyə hərəkət edən “KIA” markalı avtomobillə toqquşmaqdan son anda xilas olur. Piyada hərəkətdə olan maşını görərək hoppanaraq yolun digər tərəfinə keçir. Xoşbəxtlikdən hadisə zamanı qəza baş verməyib.
Qeyd edək ki, bəzi piyadalar tıxacdan “faydalanaraq” yolun hərəkət hissəsindən keçməyə çalışırlar. Lakin bu halda da qəzanın baş verə biləcəyini unutmamaq və keçidlərdən keçmək lazımdır.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
avtosfer.az

1Источники