RU

Baş nazir parlamentin buraxılmaması üçün istefa verməyə hazır olduğunu bildirib

Fransanın baş naziri Qabriel Attal dövlət başçısı Emmanuel Makronu Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması barədə qərar qəbul etməkdən çəkindirmək üçün istefa verməyə hazır olduğunu bildirib. Bizimyol.info xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb. Onun sözlərinə görə, Makron qarşıdan gələn parlament seçkilərində “kampaniyaya rəhbərlik edəcək ən yaxşı adam” olduğunu qeyd edərək, baş nazirinin təklifini rədd edib. İyunun 9-da Makron İntibah partiyasının Avropa Parlamentinə seçkilərdə əldə etdiyi nəticələr (14,6% səs) fonunda Milli Assambleyanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Bu, seçicilərin 31,4%-nin dəstəklədiyi müxalif sağçı Milli Mitinq partiyasının yarısı qədərdir. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək. Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
20
bizimyol.info

10Источники