"Bu ilin noyabr ayında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində BMT-nin möhtəbər tədbirindən biri COP Bakıda keçiriləcək. Sentyabr ayında isə Formula-1 yarışlarının keçirilməsi planlaşdırılıb. Hazırda diqqət mərkəzində olan Azərbaycanda turizm sənayesində rəqabət mühiti hiss olunur. Hesab edirəm ki, turizm sahəsində bu fürsətdən yararlanaraq daha da maraqlı, cəlbedici və rəqabətli təkliflər irəli sürüləcəkdir. Artıq COVİD -19 pandemiyasının təsirlərləri geridə qalıb. Turizm və qonaqpərvərlik sənayesi genişlənərək, yeni startaplar yaradılmağa başlanılıb. Xüsusəndə mikro biznes subyektlərinin sayı artmaqdadır”. COP 29-dan böyük gözləntilər olduğunu vurğulayan Samir Dübəndi bildirib ki, noyabr ayında turizm, nəqliyyat şirkətləri, bələdçilər fəaliyyətlərini daha yüksək keyfiyyətdə göstərmək üçün planlar qururlar. “Bildiyiniz kimi turizm yerləşdirmə, qidalanma, nəqliyyat və əlavə xidmətlər üzərində qurulan fəaliyyət növüdür. Qeyd edilən seqmentlərdə də müxtəlif hazırlıq işləri aparılır. Hotellər və digər yerləşdirmə vasitələri otaq fondunu, xidmətlərini, personalı təkmilləşdirərək, dövlət qurumları tərəfindən qida sektoru müvafiq qurumlar tərəfindən yoxlanılır. Bu obyektlərdə sanitariya-gigiyena qaydalarına, qida təhlükəsizlik tələblərinə riayət edilmə məsələləri nəzərdən keçirilir. Hotel adı daşıyan yerləşdirmə obyektlərinin təsnifat sisteminə qoşulmaqları haqqında təşviqat davam edir”. Samir Dübəndi düşünür ki, xidmət sektorunda mövcud çətinliklər olsa da, bunun aradan qaldırılmasında hər kəs öhdəsinə düşəni etməlidir: “COP29 və digər möhtəbər tədbirlər zamanı ölkə sənayesinin, iqtisadiyyatının üzərinə ciddi məhsuliyyət düşür. Əgər layiqli xidmət göstərilərsə, ölkənin iqtisadi, sosial, ekoloji imicinin formalaşmasına müsbət təsir göstərəcək. Digər tərəfdən bu sahədə olan biznesin inkişafı üçün müvafiq şəraitin yaradılması zəruri hesab edilməlidir”.
Gülbəniz Hüseynli / Metbuat.az