RU

Kristin Laqard: "İnflyasiya ilə mübarizədə çox uzun yol var"

"İnflyasiya iqtisadiyyatdan sıxışdırılana qədər uzun müddət lazım olacaq".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının sədri Kristin Laqard deyib.

O, inflyasiya ilə mübarizənin hələ də bitmədiyini vurğulayıb.

"Qiymət sabitliyini qalıcı şəkildə təmin etmək üçün faiz dərəcələrinin lazımi səviyyəyə qədər məhdudlaşdırmalıyıq. Gələcəkdə faiz dərəcələrinin tənzimlənməsi üç amildən asılı olacaq. Bu amillərə inflyasiya dövründə qarşıya qoyulan hədəfə çatmaq,  iqtisadiyyatda ümumi qiymət təzyiqlərinin azalması və kredit-pul siyasətinin inflyasiyanın qarşısını alacaq qədər güclü təsirə malik olması daxildir". - deyə Laqard vurğulayıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
bakivaxti.az

1Источники