RU

“İsrailin Türkiyə kimi böyük bir ölkə ilə siyasi toqquşması...”

“İsrailin Qəzza zolağında "Həmas" radikal silahlı təşkilatına qarşı apardığı müharibə bu təşkilatın nəinki zəifləməsinə, əksinə güclənməsinə gətirib çıxardı. Həmas” sıradan bir təşkilat deyil və İsrail hökuməti səhv hesablamalar apararaq Qəzzada hərbi əməliyyatlara başladı”. 

Missiya.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, beynəlxalq siyasi konyuktura Fələstinin bir dövlət kimi tanınmasını şərtləndirir: “İsrail hakimiyyəti artıq Fələstin müstəqil dövlətinin yaradılmasının fərqindədirlər. İsrail Qəzzada müharibə ilə öz strateji planlarina nail ola bilmədi. 

İsrail Türkiyə ilə qarşı-qarşıya gəlməyə çalışır. Suriyanın şimalında PKK-YPG terror təşkilatina dəstək verir. İsrailin Türkiyə kimi böyük bir ölkə ilə siyasi toqquşması öz əleyhinə işləyəcək. İsrail müharibə strategiyasını dayandırıb, sülh yolunu seçərsə, onun ABŞ-nin müdafiəsinə ehtiyac qalmaz”.

Missiya.Az

Избранный
84
1
missiya.az

2Источники