RU

İsrail yenidən İordan çayının qərb sahilinə hücum etdi: İki fələstinli qətlə yetirildi

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tülkərim və Tubas şəhərlərində iki fələstinlini qətlə yetirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tulkerim şəhərindəki xəstəxanadan məlumat verilib.
 
Məlumata görə, hücum zamanı binaların damlarına snayperlər yerləşdirilib və qəsəbədə bir çox evdə axtarış aparılıb.

Bölgədə yaşayan universitet tələbəsi olan Abduddaim İsrail snayperlərinin təsadüfi açdığı atəş nəticəsində həyatını itirib.
 
Bundan əlavə, İsrail ordusu Əl-Fəriyə Qaçqınlar Düşərgəsində fələstinlilərin evlərinə basqın edib.
 
İsrail ordusu basqınlara reaksiya verən fələstinlilərə qarşı silaha əl atıblar.

Hücumda 15 yaşlı Mahmud Nibrasi öldürülüb, 4 fələstinli isə yaralanıb.

Mikayıl
Избранный
103
1
azxeber.com

2Источники