RU

Emmanuel Makron Fransa Milli Assambleyasını buraxdı

Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ölkədə keçirilən seçkilərdə ifrat sağçı Milli Birlik Partiyası (MN) 31,50 faiz səs toplayaraq birinci,  ''Rönesans'' partiyası  isə 15,2 faiz səslə ikinci olub.
Seçkilərin nəticəsini qiymətləndirən Emmanuel Makron ifrat sağçıların topladığı səs nisbətinə istinad edərək, vəziyyətin Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını qeyd edib.
Fransa lideri “Bu günün sonunda heç nə olmamış kimi davrana bilməyəcəm” deyərək 30 iyun-7 iyul tarixləri arasında növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
122
trt.net.tr

1Источники