RU

İlk rübdə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların HƏCMİ

2024-cü ilin birinci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 201,4 milyon dollar təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın milli statistika qurumu (Sakstat) məlumat yayıb.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,4% azdır. İnvestisiyaların həcminə görə birinci yerdə Türkiyə (42,4 milyon dollar), ikinci yerdə Çexiya (41,5 milyon dollar), üçüncü yerdə isə ABŞ (33,7 milyon dollar) qərarlaşıb.

 

İnvestisiyaların əsas sahələri enerji sektoru olub, ümumi həcmin demək olar ki, 40%-i - 78,7 milyon dollar təşkil edib. İkinci yerdə ticarət - 39,5 milyon dollar, üçüncü yerdə isə 38,8 milyon dollarla nəqliyyat sektoru qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
47
modern.az

10Источники