RU

Rusiyada yeniyetmələr onlara irad tutan təmizlikçini BIÇAQLAYIBLAR  

Sankt-Peterburqda yeniyetmələr balkondan zibil atdıqları üçün onlara irad tutan təmizlikçini bıçaqlayıblar.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, zərərçəkən bıçaqla mədəsindən yaralanıb. 31 yaşlı təmizlikçi xəstəxanaya yerləşdirilib.

Dəqiqləşdirilir ki, hadisə iyunun 9-da baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetmələri axtarır.

Məlum olub ki, 31 yaşlı təmizlikçi yeniyetmələrin 12-ci mərtəbədən zibil atdığını görüb və onlaarı danlayıb. Buna cavab olaraq gənclərdən biri onun qarnına bıçaq sancaraq onu döyüb. Onlar evdən qaçanda onlara müqavimət göstərən başqa bir kişi ilə rastlaşıblar.

Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi qeyd edib ki, bir qrup yeniyetmədən biri artıq saxlanılıb. O, artıq valideynlərinə təhvil verilib.

Cinayət işinin başlanması məsələsi həll edilir.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
medianews.az

1Источники