RU

Starbucks Amerikada da çətin vəziyyətdədir

Qəhvə şəbəkəsi Starbucks tarixinin ən çətin dövrlərindən birini yaşayır. Ən mühüm səbəblər işçilərin öz hüquqlarını tələb edib həmkarlar ittifaqına qoşulması, qəhvə qiymətlərinin artması və şirkətin İsrailə qarşı boykot simvoluna çevrilməsidir.

Turkustan.az xəbər verir ki, Amerika şirkəti Starbucks 2024-cü ilin əvvəlində illik 1,8 faiz azalma qeydə aldı. Şirkətin ən əhəmiyyətli və ən böyük bazarı olan ABŞ-da satışlar 3 faiz azalıb. Bu, Covid-19 pandemiyası və 2008-ci il maliyyə böhranından sonra şirkətin ən böyük azalmasıdır.

Digər tərəfdən şirkətin qəhvənin qiymətini artırması sosial mediada da şikayətləri artırıb. Starbucks-dan hər gün qəhvə alan insanlar artıq kofe almağa getmirlər. Şirkətin aktiv müştəriləri də itkilər yaşayır.

Digər tərəfdən, şirkətin bir çox ştatlarında işçilər həmkarlar ittifaqı qurmağa qərar verirlər. Şirkət həmçinin işçilərinin həmkarlar ittifaqı cəhdlərinə zərbə vurmaqda ittiham olunur.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
turkustan.az

1Источники