RU

“Şamaxı” klubunun rəsmisi: Ayxan Abbasovla bağlı məsələyə yaxın günlərdə nöqtə qoyulacaq

“Şamaxı”

Bakı, 10 iyun, AZƏRTAC

“Ayxan Abbasovla danışıqlarımız müsbət yöndə davam edir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şamaxı” klubunun baş meneceri Kamran İsmayılov baş məşqçi postuna danışıqlar apardıqları Ayxan Abbasov barədə danışarkən deyib.

Funksioner 43 yaşlı mütəxəssislə müqavilə bağlamağa yaxın olduqlarını bildirib: “Hələlik rəsmi sözləşmə imzalanmayıb. Lakin danışıqlar intensiv şəkildə davam edir. Hər şey sona çatmaq üzrədir. Yaxın zamanda bu məsələyə son nöqtə qoyulacaq. İnanıram ki, yekunda müsbət nəticə əldə olunacaq”.

Qeyd edək ki, Ayxan Abbasovun son iş yeri “Turan Tovuz” komandası olub. “Şamaxı” yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
azertag.az

1Источники