Mərkəzi ABŞ-da yerləşən “Starbucks” kofeşop şəbəkəsi işçilərinin həmkarlar ittifaqı mübarizəsi, İsrailə qarşı boykotun simvol şirkətlərindən birinə çevrilməsi və qiymət artımları ilə əlaqədar ən çətin dövrlərindən birini yaşayır.
Ednews bbc.com - a istinadən xəbər verir ki, bu ilin əvvəlində şirkətin dünya üzrə satışları illik 1,8 faiz azalıb. Şirkətin ən böyük və ən mühüm bazarı olan ABŞ-da satışlar 3 faiz azalıb. Bu, 2008-ci il pandemiya və maliyyə böhranından sonra ən böyük azalmadır.
BBC-nin müxbiri Natali Şermanla danışan Aydaho ştatında yaşayan Endryu Bakli deyir ki, o, çox uzun müddətdir şirkətin sadiq müştərisi olsa da, son qiymət artımlarından sonra Starbucks-dan qəhvə almağı dayandırıb.
Nərgiz