RU

İki gün ərzində 50 kiloqrama yaxın narkotik aşkarlanıb-DİN

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də və 9-da ümumi çəkisi 49,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələr 2,5 kiloqramdan çox heroin, 45,8 kiloqrama yaxın marixuana, 75 qram tiryək, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 60 metadon həbi və 23 kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
13
azpost.info

10Источники