Ağdamın Sarıcalı kəndində məhəllə daxili yolların və səkilərin tikintisi üçün 15.367.763,03 AZN məbləğində pul vəsaiti xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi "AZTİMONT" ASC-dir.
Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli, Güllücə,Nəmirli və Şotlanlı kəndlərinin təməlini qoyub.
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.
Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az